Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Rusiyanın Voronej şəhərində təyyarə məcburi eniş edib. SIA-nın məlumatına görə, bu barədə "RBK" Rusiya Fövqəladə hallar nazirliyinin mətbuat katibliyinə istinadən xəbər verir. Məlumatda bildirilir ki, Belqorod-Moskva reysini həyata keçirən "SAAB-340" tipli sərnişin təyyarəsi "Çertoviski" hava limanında qəzasız məcburi eniş edib.

Məcburi enişin səbəbi sol mühərrikin nasazlığı ilə bağlı olub. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Təyyarənin göyərtəsində 17 sərnişin və 3 heyət üzvü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə