Nepalda avtobus uçuruma yuvarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 30 nəfər ölüb, 12-i isə yaralanıb. Dağlıq ərazidən keçən avtobus əlverişsiz hava səbəbilə 600 metr hündürlükdən uçuruma aşıb. Hadisə yerində axtarış-əməliyyat tədbirləri görülür. Qəzanın səbəbləri araşdırılır. İlkin ehtimala görə, hadisə qatı duman səbəbindən avtobusun yoldan çıxması nəticəsində baş verib. Ölü sayının artacağı istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB