Suriyalı müxaliflər İdlibdə strateji aviabazanı ələ keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriyanın şimal-qərbindəki strateji aviabaza Əsəd rejiminə qarşı olan müxaliflərin əlinə keçib. Verilən məlumata görə, Taftanaz aviabazası Azad Suriya Ordusu və "Ən-Nüsrə" islamçı qruplaşmasının nəzarətindədir.
Qeyd edək ki, bu aviabazada olan helikopterlər vasitəsi ilə müxaliflərin nəzarətində olan rayonlara zərbə endirmək üçün istifadə olunurdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB