Yanvarın 10-da hücuma məruz qalan Liviyanın Fransadakı səfiri yaralanıb. Hadisə 2011-ci ildə Liviyanın prezidenti Nüəmmər Qəddafinin devrilməsində iştirak edən inqilab veteranlarını hərbi atteşe səfirliyin Parisdəki binasında qəbul edərkən baş verib.
Səfirliyin hərbi atteşesi tərəfindən qəbul olunan 20-dən artıq veteran Parisdə müalicə üçün ayrılan tibbi xərclər məsələsinin həllini tapmamasından qəzəblənərək səfirin kabinetinə hücum çəkib. Əlbəyaxa savaş zamanı səfir bədən xəsarəti alıb.
Hadisə yerinə dərhal çağırılan fransız polisi 3 veteranı həbs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB