PKK-nın yaradıcısı Parisdə öldürüldü

PKK-nın yaradıcısı Parisdə öldürüldü

Parisdə silahlı şəxslər üç millətçi kürd qadını güllələyib. Rusiya mətbuatının verdiyi məlumata görə, bu qadınlardan biri Kürd Fəhlə Partiyasının (PKK) yaradıcılarından olub.

Qadınların dostları onlardan xəbər olmadığından Parisdə Kürd İnstitutunun binasında yerləşən Kürdüstan İnformasiya Bürosuna yollanıblar və onları orada ölü tapıblar.

Onlardan PKK-nın yaradıcılarından biri, PKK-nın Almaniya nümayəndəsi Səkinə Cansız olub. O və digər qadın - Fidan Doğan Kürdüstan Milli Konqressinin Paris nümayəndəsi başından güllə yarası alıblar. Üçüncüsü, Leyla Söyləməz isə sinəsindən güllə ilə vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə