Türkiyəli diplomata hücum oldu

Yunanıstanda aksiyaçılardan bəziləri baş konsulun xidməti avtomobilinə tüpürüb, təkip atıb və şüşələrini yumruqlayıb

Yunanıstanın Gümülcine (Komotini) şəhərindəki Türkiyə baş konsulunun xidməti avtomobili hücuma məruz qalıb. Türkiyə mətbuatının xəbərinə görə, hadisə baş konsul Osman İlhan Şener Kavala şəhəri bələdiyyəsinin sədri Kostas Simiçisi ziyarət edərkən baş verib. Məlumata görə, bələdiyyə binasının qarşısında toplanan təxminən 30 nəfərlik irqçi bir qrup Türkiyə əleyhində şüarlar səsləndirib.

Simiçislə görüşü başa çatan baş konsul aksiyaçılar səbəbindən bir müddət bələdiyyə binasında gözləməli olub. Osman İlhan Şener ancaq 1 saatdan sonra polisin müşayiəti ilə binadan çıxaraq hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, polisə baxmayaraq aksiyaçılardan bəziləri baş konsulun xidməti avtomobilinə tüpürüb, təkip atıb və şüşələrini yumruqlayıb.

Xatırladaq ki, Gümülcine, Yunanıstanda türklərin kompakt yaşadığı Qərbi Trakya bölgəsindəki Rodop vilayətinə bağlı bir şəhərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə