Yunanıstanda "Qızıl Şəfəq" qruplaşmasının üzvləri Türkiyənin Gümülcine Baş konsulu Osman İlhan Şenərin xidməti avtomobilinə hücum edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə konsulun Kavala bələdiyyə sədri Kostas Simiçislə görüşü ərəfəsində baş verib. Əllərində yunan bayraqları ilə bələdiyyə binası qarşısına toplaşan 30 nəfərlik qrup Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Baş vermiş hadisə ilə əlaqədar olaraq baş konsul 1 saat bələdiyyə binasında qalmalı olub. Polisin hadisəyə müdaxiləsi nəticəsində baş konsul binadan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB