Polşada fəaliyyət göstərən mobil telefon operatorunun reklamında operatorun tarif paketindən Sovetlər Birliyinin ilk lideri Vladimir Leninin istifadə etməsi ölkədə ciddi reaksiyaya səbəb olub. Ekranlarda və posterlərdə yayımlanan elanlarda Lenin operatorun tarif paketində əlaqələndirici rol oynayıb. Əlində "Keep Talking!" (Danışmağa Davam edin!) yazısı olan bayraq daşıyan Leninin posteri şirkətin bütün müştərilərinə hər iki istiqamətdə bərabər tarif paketindən istifadə qaydalarını göstərir. Lakin reklamda bu qaydaların kommunist rejimin "bərabərlik" ideologiyasına uyğunluğu da öz əksini tapıb. Elə bu səbəbdən də polşalılar Sovet rejiminin milyonlarla adamın ölümünə və Sovetlərdə terrorizmin yaranmasına şərait yaratdığını deyərək şirkəti və reklamı qınayıblar.
Bundan sonra isə şirkət reklamın yayımını dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB