Nyu-Yorkda sərnişin bərəsinin körpüyə çırpılması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb. SİA-nın məlumatına görə, xəsarət alanlardan ikisinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Nyu Cersidən Nyu Yorka üzən bərədə 321sərnişin olub. Şahidlərin sözlərinə görə, bərə körpüylə yüksək sürətlə hərəkət edərək toqquşub. Qəza nəticəsində gəmidə böyük dəlik əmələ gəlib.
Qəzanın dəqiq səbəbləri və yaralıların sayı dəqiqləşdirilir. Hadisə yerində polis, sahil mühafizə xidmətinin əməkdaşları və yanğınsöndürənlər cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB