Qazaxıstan Rusiyanı qəzəbləndirib

Moskva qazaxlardan cavab gözləyir
Qazaxıstan Rusiyanı qəzəbləndirib

Rusiya Qazaxıstana nota verib. Qazaxıstan Kosmik Agentliyinin rəhbəri Talqat Musabayevin Rusiya ilə birgə kosmik layihələrinə dair çıxışı rusları yaman narahat edib. T.Musabayev deyib ki, Qazaxıstan və Rusiya Baykonur şəhərinin Qazaxıstana verilməsi məsələsini nəzərdən keçirir. Bundan başqa, T.Musabayev Rusiyanın "Proton-M" raket-daşıyıcılarının buraxılmasının azaldılacağını açıqlayıb. Daha sonra o, Rusiyanı "Bayterek" kosmik raket kompleksinin yaradılmasına dair anlaşmanın şərtlərinə əməl etməməkdə ittiham edib.

Rusiya isə məsələyə dərhal reaksiya verib. Baş nazirin birinci müavini İqor Şuvalov nota hazırladıqlarını bildirib. Rusiya tərəfi Qazaxıstanın məsələyə aydınlıq gətirməsini istəyib.

Rusiya "Baykonur" kosmik kompleksindən 2050-ci ilə kimi istifadə etmək istəyir. "Baykonur" isə Baykonur şəhəri və "Baykonur" kosmodromu sayəsində yaradılıb. Oranı Rusiya və Qazaxıstan icarəyə götürüb. Hazırda şəhərdə 70 min insan yaşayır. Onların 37%-i Rusiya, 60%-i isə Qazaxıstan vətəndaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə