Səudiyyə Ərəbistanında tarixi islahat

150 üzvü olan Şura Məclisinə 15 qadın təyin ediləcək
Səudiyyə Ərəbistanında tarixi islahat

Səudiyyə Ərəbistanında 150 üzvü olan Şura Məclisinə 15 qadın üzv təyin ediləcək. Səudiyyə Ərəbistanı Krallığının müşaviri və Şura Məclisinin keçmiş sədr müavini Abdulla Ömər Nasif yeni qanunla ölkənin dünyadakı prestijinin artacağını söyləyib.

Qadınların Şura Məclisində olmasının vacibliyini vurğulayan Nasif qadın namizədlərin çoxunun doktorluq dissertasiyasını müdafiə etmiş şəxslər arasından seçildiyini qeyd edib.

Bu təyinatlarla qadınlara və uşaqlara yönələn zorakılıqların azalacağına ümid etdiyini söyləyən Nasif "Ölkədə qadınlar ərlərinin icazəsi olmadan uşağını məktəbə göndərə bilmir. Bu da qadınlar arasında təhsil səviyyəsini çox aşağılara çəkir. Bunlar dəyişməlidir" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə