"Terror təşkilatı Türkiyəni tərk etməlidir"

"Terror təşkilatı Türkiyəni tərk etməlidir"

Ərdoğan: "Bu mərhələdə hər kəs diqqətli olmalıdır"

Baş nazir Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Nigerdə İmralı ilə aparılan danışıqlarla bağlı açıqlama verib. Baş nazir terror təşkilatının provokasiyalarının yeni olmadığını, terrorla mübarizənin və terror hörgütünün siyasi uzantılarıyla müzakirələrin davam edəcəyini söyləyib. Ərdoğan hər kəsi bu mərhələdə diqqətli olmağa çağırıb: "Çünki biz bağbanı döymək deyil, üzümü yemək niyyətindəyik".

Baş nazir həmçinin bildirib ki, əsas hədəf PKK-nın Türkiyəni tərk etməsidir: "Terror təşkilatı tərksilah olaraq Türkiyəni tərk etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə