Tələbaninin vəziyyəti yaxşılaşır

İraq prezidenti artıq kimsənin yardımı olmadan hərəkət edə bilir
Tələbaninin vəziyyəti yaxşılaşır

18 dekabrda beyninə qan sızan və müalicəsi Almaniyada davam edən İraq prezidenti Cəlal Tələbaninin səhhətinin yaxşılaşmağa doğru getdiyi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tələbaninin səhhətilə bağlı açıqlama verən Kürd İttifaq Siyahısının rəhbəri Fuad Məsum prezidentin artıq başqasının yardımı olmadan hərəkət edə biləcək vəziyyətdə olduğunu deyib.

Məsum Tələbaninin kimsədən yardım almadan oturub-qalxa bildiyini, ziyarətçilərilə ərəbcə, ingiliscə və kürdcə danışdığını söyləyib. İraq prezidentinin iflicə səbəb olan problemilə bağlı müalicəsinin başa çatdığı və fizioterapiya üçün başqa bir xəstəxanaya köçürüldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə