Aktyor indi də səfir olacaq

Kinoaktyor Jerar Depardye dünyada Monteneqro mədəniyyətini təmsil edən səfir olacaq. SİA-nın xəbərinə görə, bu barədə aktyorun özü Monteneqronun Baş naziri Milo Cukanoviç ilə görüşündən sonra məlumat verib.

Aktyor görüşün yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Monteneqro kiçik ölkə olsa da, zəngin mədəniyyəti, tarixi və gözəl təbiəti ilə Avropada böyük əhəmiyyətə malikdir. O, eyni zamanda, bu Balkan ölkəsində yeni filmlərin çəkilişlərinin aparılması barədə düşündüyünü də deyib.

Bu yaxınlarda Rusiya vətəndaşlığını alan aktyora Monteneqro pasportunu alıb-almayacağı barədə ünvanlanan suala isə o, sənəd toplamaqla məşğul olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə