"Gangnam Style" bu dəfə Çini silkələdi. SİA-nın xarici mətbauta istinadən verdiyi xəbərə görə, adıçəkilən ölkədə 29-cu dəfədir illik buz və qar festival keçirilib. Nəhəng buz heykəlləri ilə məhşur olan festival ölkənin şimal-şərqindəki Harbin şəhərində baş tutub.
Bu dəfə festivalda 6 metr hündürlüyü olan buz heykəl diqqəti cəlb edib. "Gangnam Style" adlı heykəl Koreyanın pop ulduzu Psy-ın şərəfinə qoyulub.
Festivalda sərgilənən heykəllərə baxmaq üçün dünyanın hər yerindən Harbinə milyonlarla turist gəlir. Bu il dünyanın 7 ölkəsindən 47 heykəltəraş müsabiqədə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB