Suriyada "böyük mübadilə" başladı

Suriyada "böyük mübadilə" başladı

Əsəd rəhbərliyi müxaliflərin əlindəki 48 İranlıya qarşı, aralarında Türklərin də olduğu 2130 dinc vətəndaşı sərbəst buraxır

Suriya rəhbərliyi aralarında Türk vətəndaşlarının da olduğu 2130 məhbusu bu səhər sərbəst buraxmağa başlayıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə suriyalı müxaliflərin bir müddətdir əllərində tutduqları 48 İran vətəndaşına qarşılıq olaraq məhbuslar azad edilir. Mübadilə üçün Suriyanın paytaxtı Dəməşqdə olan İHH başçısı Bülent İldırım əsir dəyişməsinin bu saatlarda başladığını bildirib. İldırım azad edilmənin ''humanitar diplomatiyanın bir uğuru olaraq gördüklərini'' qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə