Sevgilisini doğrayıb

İngiltərədə sevgilisi ilə birgə yaşayan 23 yaşlı rus əslli Anastasia Voykinanın əsrarəngiz cinayəti ölkəni sarsıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Londonda portuqaliyalı sevgilisi Felipe Lopes ilə yaşayan gənc qızın ailəsi onu doğranmış halda tapıb.

Rus gözəlinin sevgilisinin isə bu hadisədən bir müddət sonra belə ortaya çıxmaması polislərin diqqətini cəlb edib. Qonşuların polisə verdiyi ifadəyə görə, mütəmadi olaraq sevgililərin evlərindən qışqırıq səsi gəlirmiş.

İndi polislər elanlar vasitəsilə Felipe Lopesi axtarır.

Bütün xəbərlər Facebook səhifəmizdə