"Türkiyə Hava Yolları" (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi daxili və xarici aviareysləri təxirə salıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, THY ümumilikdə 102 reysi təxirə salıb.
Qeyd edək ki, "Türkiyə Hava Yolları" bazar ertəsi Məşhəd, Berlin, Əmman, Vyana, Beyrut, İslamabad, Kopenhagen, Milan, Buxarest şəhərləri istiqamətində bir sıra beynəlxalq aviareyslərin təxirə salındığını elan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB