Avropanın iki ölkəsi yeni ildə ieni münaqişə ilə üzləşə bilər. Buna səbəb torpaq, yazud ərazi iddiası deyil. SİA-nın verdiyi məlumata görə, Fransa ilə Belçika arasında ötən həftə başlayan "qızartma kartof davası" Parislə Brüsseli yenidən qarşı-qarşıya qoyub. Hər iki Avropa ölkəsi də kartof qızartmasının ona aid olduğunu iddia edib.
Fransızlar kartof qızartmasının ilk dəfə Paris körpülərindəki satıcılar, belçikalılar isə Namur şəhərindəki Muese çayı sahillərindəki balıqçılar tərəfindən kəşf edildiyini iddia edib.
Məsələyə münasibət bildirən kulinariya üzrə tarixçi mütəxəssis Madeleine Ferriere, kartof qızartmasının küçə mətbəxinin bir parçası olduğunu bildirərək hansı ölkəyə məxsus olduğunu tam olaraq müəyyən etməyin çətin olduğunu deyib. Ferriere 1789-cu ildə baş verən Fransa İnqilabından sonra qızartmanın Parisin qədim körpüləri üstündə fransız satıcılar tərəfindən icad edilmə ehtimalının daha qüvvətli və inandırıcı olduğunu da vurğulayıb. Fransız tarixçi o zamanlar parisli satıcıların kartof və şabalıd qızartmasını bir yerdə satdıqlarını bildirib. Tarixçi fransız yazar Luis Ferdinand Selinenin 1932-ci ildə yayımlanan səyahət kitabında "Parisin kartof qızartmasının dadı" adlı bir fəsil olduğunu söyləyib.
Liege Universitetinin professoru Piyer Leklerk isə belçikalıların kartof qızartmasını çox sevdiyini ancaq bu günə qədər qızartmanın mənşəyi ilə bağlı hər hansı elmi araşdırma aparılmadığını qeyd edib.
Kartof qızartmasının mənşəyinin çox da önəmli olmadığını bildirən Belçialı sənətşünas alim Roel Jakobs "Fransızlar kartof qızartmasını ətlə yeməyi xoşlayır, belçikalılar isə heç nəsiz. Məncə yeganə fərq budur" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB