Venesuella prezidenti Uqo Çavesin müalicəsi həkimlərin ciddi nəzarəti altında davam edir. SİA-nın məlumatına görə, ölkənin rabitə və informasiya naziri Ernesto Vilyeqas deyib ki, prezidentin səhhətində dəyişiklik yoxdur: "Uqo Çavesin nəfəs çatışmazlığı var. Hələlik prezidentin səhhətində hansısa dəyişiklik müşahidə olunmur".
Qeyd edək ki, ölkə prezidenti hazırda Kubada müalicə olunur. Çaves dekabr ayının əvvəlində onkoloji xəstəliklə bağlı burada əməliyyat olunub. O yanvarın 10-da yenidən Venesuella prezidenti qismində and içməlidir. Ancaq bu gedişlə andiçmə mərasiminin təxirə salınacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB