Prezidentlikdən və həyat yoldaşından ayrıldı

Prezidentlikdən və həyat yoldaşından ayrıldı

Almaniyanın keçmiş prezidenti Vulf boşanıb. SİA-nın verdiyi xəbərə görə, vəzifəsindən sui-istifadə etdiyinə dair ittihamlar səbəbilə keçən il istefa verməyə məcbur olan Almaniya prezidenti Kristian Vulf həyat yoldaşından ayrılıb. Hannoverdəki vəkillərinə müraciət edən Kristian-Bettina Vulf cütlüyü boşanmaqla bağlı sənəd imzalayıblar. 39 yaşlı Bettina Vulf Hannoverin Qrussburqvedel səmtindəki evində yaşamağa davam edir. Kristian Vulf isə Hannoverdə kirayə evə köçüb.

Bütün xəbərlər Facebook səhifəmizdə