ABŞ-da yeni təyinatlar gözlənilir

Hegel müdafiə naziri, Brennan MKİ rəhbəri ola bilər
ABŞ-da yeni təyinatlar gözlənilir

ABŞ-da yeni administrasiya formalaşmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, daha əvvəl iki müddət Respublikaçılar Partiyasının senatoru olan Çak Hegelin müdafiə naziri olacağı gözlənilir. Ağ Evdəki mənbələr Obamanın Hegeli müdafiə naziri vəzifəsində görmək istədiyini, ancaq respublikaçı deputatların buna isti yanaşmadığını bildirirlər. Hegel İsrailə müxalif baxışı və İran məsələsindəki yumşaq mövqeyi səbəbilə respublikaçılar tərəfindən tənqidə məruz qalır.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsi üçün isə Con Brennanın adı çəkilir. Keçmiş MKİ mənsubu olan Brenna Obamanın anti-terror müşaviriydi.

Bütün xəbərlər Facebook səhifəmizdə