İranda nəşr olunan "Bamdad" və "İttifaqi no" qəzetləri məhkəməyə verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəzetlər Tehranın Mətbuat Məhkməsinin 76-cı şöbəsində mühakimə edilib.
Hər iki qəzet yalan məlumat yaymaqda və təhqirə yol verməkdə təqsirli bilinib. Qəzet müdirləri əfv xahişi ilə müraciət etsələr də, yalnız "İttifaqi no"nun istəyinin qəbul ediləcəyi bildirilib. Əfv edilməyəcək "Bamdad"ın isə nəşrinin qadağan ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB