Ruhunu girov qoy kredit götür ŞOK

Ruhunu girov qoy kredit götür ŞOK

Latviyada "Kontora" adlı şirkət ruhu girov qoymaqla kredit təklif edir. SİA-nın verdiyi xəbərə görə, şirkətdən ruhu girov qoymaqla 100 dollardan 1000 dollara qədər kredit əldə etmək mümkündür.

Şirkət müştərilərinə bir neçə şərtə əməl etmək şərtilə kredit verir. Əvvəla, kredit alacaq şəxsin ruhu başqa bir yerdə girovluqda olmamalıdır. İkincisi, başqasının ruhunu girov qoymaq olmaz. Üçüncüsü, 90 gün ərzində kredit qaytarılmayacağı təqdirdə girov qoyulan ruh "Kontora"-nın mülkiyyətinə keçir və həmin ruh hərraca çıxarılaraq satıla bilər.

Son məlumata görə, artıq 200 nəfər ruhlarını girov qoyaraq şirkətin xidmətindən istifadə edib, kredit götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə