Obama Yaponiyanın prezidentinə vaxt ayırmadı

Obama Yaponiyanın prezidentinə vaxt ayırmadı

Yaponiyanın prezidenti Şinzo Abenin yanvar ayının ortalarında ABŞ-a edəcəyi ziyarət təxirə salınıb və yaxın gələcəkdə gerçəkləşdiriləcəyi bildirilib. SİA-nın xəbərinə görə, səfər Barak Obamanın aylıq proqramının çox olması səbəbilə Abeyə vaxt ayıra bilməyəcəyi üçün təxirə salınıb.

Bu gün Yaponiyanın xarici işlər nazirinin müavini Chikao Kavai amerikalı həmkarı William Burnsla Vaşinqtonda görüşüb prezidentlərin görüş vaxtını dəqiqləşdirəcəklər.

Qeyd edək ki, 16 dekabrda keçirilən prezident seçkilərində qalib gələn Şinzo Abenin xarici ölkəyə ilk səfəri məhz Amerikaya olacaq. Ziyarətin əsas səbəbi isə, Tokio Çinin ordusunda artan canlı qüvvəyə qarşı Vaşinqtonla ittifaq qurmaq istəməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə