Mark Zukerberqin özü yaratdığı sosial şəbəkə saytı "Facebook.com"-un rəhbərliyindən istefa verməsi tələb olunub. SİA-nın xəbərinə görə, şirkətin səhmdarları səhmlərindəki dəyərin yarıya endiyini görüncə hərəkətə keçib. Beləki, Zukerberqdən baş direktorluq vəzifəsini daha təcrübəli şəxslərə təhvil verməsi tələb edilib.
İclasların çoxunda idman ayaqqabısı və köynəyilə iştirak edən Zukerberqin ciddi qəbul edilmədiyini söyləyən çikaqolu təhlilçi Devid Futrelle: "Yaxşı xəyal qurmaq həmişə yaxşı bir baş direktor olmağı tələb etmir. Şirkətin yaxşılığı üçün səhmdarların ümidləri ali səviyyədə qarşılanmalıdır"-deyib.
Baş verənlərə Zukerberq reaksiya verib. O, "Wall Street"in planlarını izləmək kimi bir narahatlığının olmadığını, özünün uzun müddətli, düşünülmüş proqramına davam edəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB