Bundan sonra Fələstin dövlət adlandırılacaq

Mahmud Abbas müvafiq fərmana imza atıb
Bundan sonra Fələstin dövlət adlandırılacaq

Fələstin Muxtariyyəti bundan sonra Fələstin dövləti adlanacaq. Muxtariyyətin lideri Mahmud Abbas bu barədə fərman imzalayıb. Beləliklə, Fələstin milli administrasiyası 2012-ci ilin noyabrında BMT Baş Assambleyasında muxtariyyətin müşahidəçi dövlət qismində tanınmasını reallaşdırmağa başlayıb. Bundan başqa, fərmanda bütün rəsmi möhürlərdə, sənədlərdə, dərsliklərdə, xəritələrdə və digər nəşrlərdə ölkənin köhnə adını Fələstin dövlətinə dəyişmək tapşırığı verilib.

Xatırladaq ki, ötən ilin noyabrında BMT-də keçirilən səsvermə nəticəsində Fələstin təşkilatda müşahidəçi statusu qazanmışdı. Azərbaycan da Fələstinin statusunun artırılmasını dəstəkləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə