Hindistanda birja dəllalı Datta Phuge özünü qadınlara bəyəndirmək və sevgili tapmaq məqsədilə qəribə yol seçib. Phunge yeni il gecəsi iştirak edəcəyi partiyə qızla tanış olmaq ümidilə təmiz qızıldan köynək geyinib gedib. 22 nizam qızıldan hazırlanan köynəyin 3,5 kiloqram olduğu, bilərzik və boyunbağı kimi bəzək əşyaları ilə birlikdə isə geyimin 6,5 kiloqrama çatdığı bildirilib.
Geyindiyi köynəyilə belə qadınların diqqətini çəkə bilməyən Phunge: "42 yaşımdayam, qadınların nə istədiyini hələ də tapa bilməmişəm. Həm yaraşıqlıyam, həm də pulum var. Köynəyimi görən qadınlar mənim zəngin bir ər namizədi olduğumu anlamalı idilər. Lakin onlar mənə baxıb güldülər. Ağıllı olsaydılar heç ütülənməyən köynəyi olan ərə sahib ola bilərdilər", - deyib.
"Bunu ölənə qədər geyəcəyəm", - deyərək parıldayan köynəyilə kameralara poz verən birja dəllalı Phuge "Mənimlə evlənəcək qadına bu köynəyin eynisindən tikdirəcəyəm" – deyə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB