Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəzi türk hərbçilərinin Suriyada əsir götürülməsi ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib. Dovudoğlu bu şaiələrin yayılmasına aydınlıq gətirib: "Bu gün ölkəmizə qarşı psixoloji müharibə aparılır, türk hərbçilərinin Suriyada əsir götürülməsi ilə bağlı yayılan xəbərlər də həmin müharibənin elementləridir. Ölkəmizin imicini korlamağa çalışan qüvvələr var və biz belə xəbərləri dəfələrlə təkzib etmişik. Bir müddət əvvəl eyni mənbələr Suriyada 48 türk hərbçisinin əsir götürülməsi barədə xəbər yaymışdı. Lakin bu iddiaları isbatlamaq üçün nə rəsmi sənəd, nə foto yayımladılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB