2012-ci ilin ən xoşagəlməz sözü seçilib..

2012-ci ilin ən xoşagəlməz sözü seçilib..

Ötən il ABŞ sakinlərini daha çox qıcıqlandıran söz və ifadələr müəyyən olunub. Nyu-Yorkda Merist kolleci əhali arasında araşdırma aparıb. Məlum olub ki, şəhər sakinləri ən zəhlətökən sözü "vacib deyil" (whatever) hesab edirlər. Bunu respondentlərin 32%-i "bəyənib".

İkinci yeri "guya da" sözü tutur. Ona rəyi soruşulan 21 % səs verib. İlk üçlüyü qapadan "bilirsən" (you know) ifadəsidir. Bu sözə də sorğuda iştirak edən 17% insan səs verib.

Ən əsəbləşdirici ifadələr arasında "başa düşdüm", "dünya, kainat, sosial şəbəkə, Twitter" ifadələri də var.

Qeyd edək ki, "vacib deyil" ifadəsi artıq 4 ildir ki, ən qıcıqlandırıcı sözlər siyahısında birincidir. Artıq amerikalılar "ciddi" sözünə dözümlülüklə yanaşırlar. Həmin söz builki siyahıdan çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə