Braziliyada leysan yağış daşqına səbəb olub. Rio-de-Janeyro ştatında və qonşu ştatlarda 400-dən çox adam evsiz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rəsmilər daşqın nəticəsində azı 1 nəfərin öldüyünü bildirirlər. Təkcə Rio-de-Janeyroda 1 sutka ərzində aylıq norma qədər yağıntı düşüb. Daşqınla əlaqədar Rio-de-Janeyroya qonşu ərazilərdə torpaq sürüşməsi xəbərdarlığı da edilib.
Xatırladaq ki, Braziliyada sonuncu dəfə güclü daşqınlar 2010-cu ilin yanvarında olmuş, 1000-ə yaxın adam ölmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB