Depardye Rusiyanın "birinci kanal"ına məktub ünvanlayıb

Depardye Rusiyanın "birinci kanal"ına məktub ünvanlayıb

Fransalı məşhur aktyor, Jerar Depardye Rusiya vətəndaşlığı alması ilə bağlı Rusiyanın "birinci kanal"ına məktub ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda Depardye Rusiya ilə bağlı təəssüratlarını ifadə edib.

"Mən sizin mədəniyətinizə, düşəncə tərizinizə heyranam. Mənim atam öz dövründə kommunist olub və həmişə Moskva radiosuna qulaq asıb. Bu həm də mənim mədəniyyətimin bir hissəsidir. Rusiyada yaşamaq xoşdur", - deyə Depardye sözlərini ifadə edib.

Qeyd edək ki, Depardyenin ölkəsini tərk etməsinə səbəb bir müddət əvvəl Fransa prezidenti Fransua Olandın ölkədə ildə 1 milyon avrodan artıq gəliri olan vətəndaşlardan 75 faiz vergi tutulması ilə bağlı qərarı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə