İran ABŞ-ın iki pilotsuz təyyarəsini ələ keçirib

Təyyarələrə aid məlumatların deşifrə edildiyi bildirilir
İran ABŞ-ın iki pilotsuz təyyarəsini ələ keçirib

İran ABŞ-a məxsus pilotsuz təyyarəni ələ keçirib. SİA-nın verdiyi xəbərə görə, Dəniz Qüvvələri komandanının müavini Əmir Rastegarin hava müdafiə qüvvələrinin iki düşmən təyyarəsini ələ keçirdiklərini bildirib. Admiral Rastegari "RQ 11" tipli pilotsuz təyyarələrdən birinin 2011-ci ilin avqustunda, digərinin isə 2012-ci ilin oktyabrında ələ keçirildiyini söyləyib.

Həmçinin iranlı komandan bildirib ki, iki təyyarəyə aid məlumatların hərbi mütəxəssislər tərəfindən tamamilə deşifrə edilib

Bütün xəbərlər Facebook səhifəmizdə