Suriyada 126 nəfər öldürülüb

Suriyada tərəflər arasında davam edən qarşıdurmalar nəticəsində gün ərzində 126 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriya ordusunun ölkənin müxtəlif şəhərlərində ağır silahlardan açdığı atəş nəticəsində 126 mülki əhali həlak olub.

Suriya İnsan Hüquqları Təşkilatı(SİHT) bildirir ki, paytaxt Dəməşqdə Suriya ordusunun hücumları nəticəsində benzin doldurma məntəqəsi partladılıb. Hadisə nəticəssində 87 nəfər mülki əhali ölüb, 100-dən çox sakin isə yaralanıb.

Həmçinin SİHT-nın məlumatında bildirilir: Suriya ordusunuun hücumları nəticəsində Derada 11, İdlib 7, Hələbdə 7, Hama 5, Humus 5, Deyruz Zorda 2, Lazkiyə və Süveyda şəhərlərinin hər birində 1 nəfər olmaqla ölkə üzrə 126 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə