İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd İsmayili Ankaranın bölgədə super güc olmağı hədəflədiyini ancaq "reallaşmayacaq bir yuxu" adlandırıb. İran parlamentinin komissiya üzvü ICANA xəbər agentliyinə müsahibəsində: "Baş nazir Ərdoğan Qərb və dünya imperializminin mənfəətlərini təmin etmək və Türkiyəni Orta Şərqdə super güc halına gətirmək üçün səy göstərir, ancaq bu müvəffəqiyyətli deyil", - deyə bildirib.
İsmayili qeyd edib ki, türklər Suriyadakı üsyançı qrupları dəstəkləyərək və onlara pulla təmin edərək bu ölkəni xaosu sürüyüb çökdürmək istədi, lakin bacara bilmədi: "Ərdoğanın Suriya proyekti Suriya ordusu və xalqının müqaviməti nəticəsində məğlubiyyətə uğradı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB