Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları üzrə Komissarı Navi Pilay Suriyadakı vətəndaş müharibəsi nəticəsində ölənlərin sayını aşıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, N.Pilay tərəfindən hazırlanan sənədə görə, Suriyada bugünə qədər ölənlərin sayı 60 minə çatıb. N.Pilay: "Araşdırma qanlı hadisələrin başladığı 2011-ci ilin mart ayından 2012-ci ilin 30 nayabrna qədər davam edib. Bu zaman kəsiyində 59648 nəfərin öldüyü təsbit olunub. Hesab edirəm ki, 2013-cü ilin bağlanğıcı etibarı ilə bu rəqəm 60 mini rahatlıqla keçib.
Qeyd edək ki, indiyədək Suriyadakı münaqişələrdə 40 min insanın öldüyü bilinirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB