Son 3 gündə 34, son 3 həftədə 143 nəfər ölüb
Pakistanın Sind əyalətində qızılca epidemiyasının qarşısını almaq mümkün olmur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son 3 gündə əyalətdə qızılcadan 34 uşaq ölüb. Regional hökumətin Səhiyyə Nazirliyi qızılca epidemiyasından ölənlərin sayının son 3 həftədə 143-ə çatdığını açıqlayıb.
Qeyd edək ki, xəstəlik səbəbilə beynəlxalq səhiyyə təşkilatlarının hərəkətə keçəcəyi bildirilir. Ekspertlər son vaxtlarda epidemiyaların artmasında federal Səhiyyə Nazirliyinin ləğv edilməsinin və səhiyyə xidmətlərinin əyalətlərə həvalə edilməsinin böyük rol oynadığını bildirirlər. Əyalət hökumətlərinin büdcələrinin az olması səbəbilə səhiyyə xidmətlərində ciddi problemlər yaşanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB