Pakistanda içərisində xeyriyyəçi qeyri-hökumət təşkilatı üzvlərinin olduğu avtomobilə silahlı basqın olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, həlak olanlar arasında 6 qadın var. Onlardan 5-i müəllim, 1-i isə həkimdir. Həlak olan kişi də həkimdir. Avtomobilin sürücüsü isə yaralı vəziyyətdə aşkarlanıb. İnsidentin bütün qurbanları Pakistan vətəndaşıdır. İnsident paytaxt İslamabadın 75 km-dəki Svabi dairəsində qeydə alınıb. Qatillər motosikletlə hərəkət ediblər. Hadisənin motivləri aydınlaşdırılır.
Hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB