İraqın baş naziri Nuri əl Maliki Baş nazir Rəcəb Tayyib Ərdoğanı "dövlətlərarası əlaqələrə əks mövqe" tutmaqda günahlandırıb və tənqid edib. SİA-nın xəbərinə görə, İraqda "Sumayra" telekanalına müsahibə verən Maliki: "Ərdoğanın söylədikləri həmişə dövlətlərarası əlaqələrə əks mövqedə olub", - deyib.
Ərdoğanın İraqın da Suriya kimi olmasını istədiyini ifadə edən baş nazir, regionda bir çox ölkədə Ərdoğanın siyasətləri nəticəsində müharibənin hökm sürdüyünü bildirib.
Nuri əl Maliki Türkiyənin Şimali İraqa müdaxiləsinə biganə qalmayacaqlarını da deyib: "Türkiyə hökuməti iraqlı türkmənlərdən Kərkükün kürd şəhəri olduğuna etiraz etməmələrini istəyib. Bu nələrinsə varlığını ortaya qoyur. Bunun təqibçisiyik və səssiz qalmayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB