ABŞ maliyə uçurumunun 1 addımlığında ŞOK

ABŞ maliyə uçurumunun 1 addımlığında ŞOK

İlin son günündə gecə yarısına qədər qanun təsdiqlənmədiyinə görə, texniki olaraq ''maliyyə uçurumuna'' düşən ABŞ-ın bu "uçurumdan" xilas olması üçün addım atılıb. SİA-nın verdiyi xəbərə görə, ABŞ Senatı yerli vaxtla saat 02:10 radələrində 8 senatın əleyhinə, 89 senatın isə leyhinə səs verdiyi ''maliyyə uçurumu"-nun qarşısını alan qanunu təsdiqləyib.

Qanuna əsasən 2 ay müddətinə dövlət xərcləri təxirə salınacaq. Bununla yanaşı, eks-prezident Corc W. Buşun dövründə təyin olunmuş vergi dərəcələrinin aşağı salınması prosesi davam edəcək. Ancaq, qanunun qüvvəyə minməsi üçün Nümayəndələr Məclisi tərəfindən də təsdiqlənməsi və ABŞ prezidenti Barak Obama tərəfindən imzalanması mütləqdir. Nümayəndələr Məclisi də qanunu müzakirə etmək üçün bu gün səhər saatlarında toplanıb.

Məlumat üçün bildirək ki, bu gün da daxil olmaqla istirahət günlərinin olması ilə əlaqədar ölkənin ''maliyyə uçurumuna'' düşməsinin bazarlara və istehlakçılara hələ ki, heç bir təsiri olmayıb. Əgər Konqres bu gün qanunu təsdiqləsə böhran sovuşmuş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə