Ərdoğan: "Bizimlə zənci kimi rəftar ediblər"

Ərdoğan: "Bizimlə zənci kimi rəftar ediblər"

"Bizimlə öz ölkəmizdə zənci kimi rəftar ediblər". Bunu Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Ana müxalifət başda olmaqla bəziləri bizi diktator adlandırır. Gedib aynaya baxsınlar.

Mənim hicablı qızlarımı məktəblərə, universitetlərə girməyə qoymadılar, amma biz səbr etdik. Qızlarımızı imam-hatib məktəblərinə qoymadılar. İmam-hatib məktəblərinin orta qisimlərini bağladılar. Nə cinayət işləmişdilər? Yalnız inanclarına görə hicab taxırdılar.

Bizimlə öz ölkəmizdə zənci kimi rəftar ediblər. Tələ quraraq bizi bu yoldan ayırmaq istədilər. Bundan əlavə, 3 noyabr seçkisindən sonra önümüzə maneələr çıxartdılar, partiyamızı bağlamaq istədilər. Siyasi həyatımız boyunca yaşadığımız bütün çətinliklərə baxmayaraq biz heç bir zaman zorakılığa baş vurmadıq. Zorakılığı bir metod olaraq seçmədik",- deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə