Yola saldığımız 2012-ci ildə dünyada 121 jurnalistin müxtəlif hadisələrdə, şiddət nəticəsində öldüyü və ya öldürüldüyü qeyd edilir.
SİA-nın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (FİJ) sədri Cim Boumelha şərhində 2012-ci ildə dünya daxilində 121 jurnalistin həyatını itirdiyi bildirib.
"Jurnalist ölümlərinin qarşısını almaq üçün hökumətləri lazımlı tədbirlərin görülməsinə çağırıram" -deyən, Cim Boumelha bunu Beynəlxalq Jurnalistlər Federasiyasının rəsmi internet saytında dərc edilən məqalədə qeyd edib.
Qeyd edək ki, 2012-ci ildə yalnız Suriyadakı hadisələrdə 36 jurnalist həyatını itirərkən, Suriya jurnalistlər üçün "ən təhlükəli ölkə'' elan edildi. Suriyadan sonra isə Somali, Pakistan və Meksika da bu siyahıda iştirak edir.
Məlumat üçün bildirək ki, 2011-ci ildə isə dünyada müxtəlif hadisələr nəticəsində 107 jurnalist həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB