Hakimiyyət əleyhinə mitinqə gedən Saleh əl-Mütləqə hücum olub
İraqın qərbindəki Ənbar əyalətində qəzəbli kütlə ölkənin baş nazirinin müavini Saleh əl-Mütləqə hücum edib. "İnterfaks"ınn verdiyi məlumata görə, baş nazirin müavini hakimiyyət əleyhinə keçirilən mitinqə gedib. O, çıxış etmək üçün tribunaya çıxıb. Lakin Saleh əl-Mütləq çıxışa başlayan kimi aksiya iştirakçıları hiddətləniblər. Onlar "Satqın" qışqırıblar və baş nazirin müavininə su, daş, ayaqqabı atıblar.
Mühafizəçilər Saleh əl-Mütləqin ətrafında canlı sədd qurublar, havaya atəş açıblar və onu tribunadan endiriblər. Lakin cangüdənlərin müqavimətini qıran nümayişçilər baş nazirin müavininin köynəyini cırıblar, sifətinə vurublar. Nəticədə Saleh əl-Mütləqin sifəti qanayıb.
Sonradan hadisəyə polis əməkdaşları müdaxilə ediblər. Onlar kütləni dağıtmaq üçün havaya atəş açıblar və baş nazirin müavinini meydandan avtomobillə çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB