Ev 6 min şüşə kərpicdən tikilib

Ev 6 min şüşə kərpicdən tikilib

Yapon memar Hiroşi Nakamura vuayeristlərin sevincinə səbəb olacaq ev hazırlayıb. SİA-nın xəbərinə görə, qeyri-adi ev Hirosimo şəhərinin ən səs-küylü küçələrindən birində tikilib.

Evin divarları 6 min şüşə kərpicdən tikilib. Kərpiclərdə xüsusi naqillər var ki, onların hərəkəti dalğalanan tül effekti yaradır. Səs keçirməyən şüşə kərpiclər isə evə qətiyyən səs buraxmır. Hava və gün şüası buraxan şüşə kərpiclər isə evdə qeyri-adi effekt yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə