Hərbi xidmətə çağırış dayandırılacaq

Hərbi xidmətə çağırış dayandırılacaq

2013-cü ildə Ukrayna ordusunun təcili hərbi xidmətə çağırış dayandırılacaq. Bu barədə mətbuata Ukraynanın müdafiə naziri Pavel Lebedev verib. Onun sözlərinə görə, orduda köklü dəyişiklik gözlənilir. 2013-cü ildə yeni ordunun yaradılması ilə bağlı mühüm il olacağını deyən nazir islahat komplektləşdirilmiş orduya keçid məqsədi daşıdığını vurğulayıb. Həmçinin, struktur və sistemin idarə olunması üçün mütəxəssis hazırlığı yeni qaydada həyata keçiriləcək.

"Ukrayna ordusu təbii fəlakət, xüsusilə də qarla bağlı yaranan problemlərin aradan qaldırılması zamanı öz hərbi hazırlığını sübuta yetirdi" deyə nazir qeyd edib.

Qeyd edək ki, bundan əvvəl eks-prezident Viktor Yuşşenko 2010-cu ildə ordunun müqavilə əsasında təşkilini həyata keçirməyə çalışırdı. Ancaq Yanukoviçin prezident seçilməsindən sonra bu plan təxirə salınıb.

Hazırda Ukrayna ordusunun şəxsi heyəti 184 min nəfərdən ibarətdir. Bu isə Avropada sayına görə 3-cü ordudur. İslahatlar nəticəsində 5 il sonra bu sayın azalaraq 70 min nəfər olması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə