İranda 11 nəfər edam edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, edam qərarı İranın Kərəc, Yəzd və Urmiya şəhərlərində həyata keçirilib. Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 4 nəfər Kərəcin Qızılhisar həbsxanasında, 3 nəfər isə Urmiya həbsxanasında asılıb. Kərəcdə edam edilən məhbuslardan 2 nəfərin kimliyi məlum olub. Bunlar Mənsur Bəyan və Dostəli Məhəmmədidir. 4 nəfər isə Yəzd şəhərinin mərkəzi həbsxanasında edam edilib. Onlardan üçü təcavüz etməkdə, üzərindən 0.89 kiloqram heroin və 38 kq 75 qram tiryək götürülən məhbus isə narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Edam edilənlər haqqında yerli məhkəmələr ölüm hökmü çıxarıb. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra icra olunub.
Qeyd edək ki, İranda bu dekabr ayı ərzində 20 nəfər edam edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB