"Biz yeni Suriyaya hazırlaşırıq"

"Biz yeni Suriyaya hazırlaşırıq"

"İndi 100-dən çox ölkə Suriya koalisiyasını qəbul edib. Bu, o deməkdir ki, biz yeni Suriyaya hazırlaşırıq". Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Suriyada yaşanan vəziyyət çərçivəsində dövlətin xarici siyasətindən söz açan R.T.Ərdoğan deyib: "Bizim qonşu xalqlarla heç bir problemimiz yoxdur. Bizim bütün xalqlarla əlaqələrimiz çox yaxşıdır, çətinlik yaşamırıq. Əsas çətinlik yaradan rejimlədir. Amma diqqət yetirsəniz bu rejimlərinxalqları ilə problemləri var. 2011-ci ildə Bəşər Əsədlə görüşdə bir çox mövzunu müzakirə etdik. Hər şeyi izah etdim, danışdıq, amma bunların heç birinin faydası olmadı. Hər keçən gün orada xalqa edilən zülm artır".

Qeyri-hökumət təşkilatları ilə birlikdə "Bir çörək, bir ədyal" adlı kampaniyaya başlanıldığını xatırladan baş nazir bildirib ki, 300-dən çox QHT bu layihədə iştirak edir. Əksər təşkilatlar bu kampaniyaya qoşulublar. Hazırda sərhəddin o tayına sobalar, ərzaq məhsulları, dərmanlar göndəririk və göndərməyə davam edəcəyik.

O, Suriyada rejim dəyişikliyi mövzusunda ümidli olub-olmadıqları sualına belə cavab verib: "Geriyə dönüş yoxdur. Yəni indi 100-dən çox ölkə Suriya koalisiyasını tanıyıb. Bu, o deməkdir ki, biz yeni Suriyaya hazırlaşırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə