Birmanın "Nobel" mükafatlı müxalifət lideri Aunq San Suu Çiinin əl işi hərraca çıxarılıb. SİA-nın məlumatına görə, onun toxuduği jaket 50 min dollara alıcı tapıb. Hərrac liderin partiyası tərəfindən keçirilib. Qırmızı, yaşıl və mavi rəngli toxunma yun jaketin qiyməti 6 min dollardan başlayıb.
Hərrac yoxsul ailələrin uşaqları üçün keçirilən yardım konsertinin bir hissəsi olub. Suu Çiinin yaxınlarının sözlərinə görə, jaket 25 il öncə toxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB