Pakistanda "Youtube" yenidən açılacaq

Pakistanda "Youtube" yenidən açılacaq

Pakistanda sentyabrdan bağlı olan ictimai paylaşma şəbəkəsi "Youtube"un yenidən istifadəyə verilməsi gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin daxili işlər naziri Rəhman Malik Twitter hesabında "Youtube"un yenidən açılacağını bildirib.

Malik, şəbəkənin yenidən açılmasına səbəb kimi ictimaiyyətin təzyiqinin təsirli olduğunu deyib.

Qeyd edək ki, Hz. Məhəmməd və müsəlmanları təhqir edən "Müsəlmanların məsumiyyəti" adlı filmin nümayişindən qısa müddət sonra "Youtube" hökumətin qərarı ilə blok edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə