ABŞ Nümayəndələr Palatasına Türkiyə, Meksika və Taylanda freqat bağışlanmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Xarici Əlaqələr Komitəsinə təqdim olunan qanun layihəsi Türkiyəyə "Oliver Hazard Perry" sinifinə aid olan "USS Halyburton" və "USS Thach" adlı iki freqatın bağışlanması üçün prezident Barak Obamaya səlahiyyət verilməsini nəzərdə tutur.
Komitənin respublikaçı sədri İleana Roz-Lextinen və demokrat konqresmen Hovard Berman tərəfindən hazırlanan layihənin komitədə müzakirə olunmadan birbaşa Nümayəndələr Palatasının gündəliyinə salınacağı bildirilir.
Qanun layihəsi yaxın bir neçə gün içərisində səsverməyə çıxarıla bilər. Müşahidəçilər qanunun qəbul edilməsi ehtimalının yüksək olduğunu bildirirlər.
Layihənin ilk versiyasında Türkiyənin adı olmayıb, Obama hökumətinin səyləri nəticəsində Türkiyənin adı siyahıya sonradan daxil edilib. ABŞ-dakı Rum lobbisinin etirazına səbəb olan layihə qüvvəyə minməsi üçün Senatda təsdiqlənməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB